03 İyul 2024 11:08

Xaçmazda itkin düşən gənc tapılıb

Xaçmazda itkin düşən  27 yaşlı Müseyibov Elşad İmran oğlu tapılıb.

Bu barədə “Azadsöz.az-a onun atası məlumat verib.

Qeyd edək ki, o, 2024-cü il iyunun 4-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmamışdı.

Yaxınları onun tapılması barədə hüquq-mühafizə orqanlarını məlumatlandırıblar.