01 İyul 2024 23:56

Növbədənkənar parlament seçkilərinə bu tarixdə yekun VURULACAQ

Azadsöz.az xəbər verir ki, növbədənkənar parlament seçkilərinə sentyabrın 22-dək yekun vurulması “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.

Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə günündən ən geci 20 gün keçənədək Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması təmin edilməlidir.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.