02 İyul 2024 00:16

Mingəçevirdə şəhid atası vəfat etdi-FOTO

Azadsöz.az xəbər verir ki, Vətən müharibəsi şəhidi Rüstəmzadə Eminin atası Firqət Rüstəmov  bu  gün uzunsürən xəstəlikdən dünyasın dəyişib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi, əsgər Rüstəmzadə Emin 1991- ci ildə Mingəçevir şəhərində anadan olub.

O,  2020-ci il sentyabrın 27-də   Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində  iştirak  edib.Suqovuşan uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Rüstəmzadə Emin Ölümündən sonra “Cəsur döyüşçü”, “Suqovuşan azad olunmasına görə” və “Vətən uğrunda”  medalları ilə təltif edilib.

Zinhar Bəbişov