Azadsöz.az xəbər verir ki, siyasi partiyalar seçkilərə maraq göstərir və hesab edirəm ki, onlar seçkidə geniş iştirak edəcək.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, siyasi partiyalarla MSK-nın əlaqəli şöbəsi var.
“Siyasi partiyalar maraq göstərərlərsə, biz onlara açığıq. Onlar üçün də yaddaş kitabçaları təqdim etmək lazımdır. İndiyə qədər bizə bununla bağlı hər hansı irad olmayıb”, – deyə o əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.