Azadsöz.az xəbər verir ki, Nazirlər Kabineti 27 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edib.
Qərara əsasən, Abşeron rayonunda torpaq sahələrinin normativ qiyməti ayrıca müəyyən ediləcək. Bu baxından rayon 3 zonaya bölünüb.
Bundan başqa, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslərin inşa etdiyi müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələrinin texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələrinə (1) və bu kateqoriyaya aid edilməyən torpaq sahələrinə (2) bölünməsi ilə bağlı müddəa əsasnamədən çıxarılıb.