25 İyul 2024 10:06

Türkiyə Portuqaliyaya, Rumıniya Belçikaya qarşı – Avro-2024

Azadsöz.az xəbər verir ki, Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün II tura yekun vurulacaq.

Qarşılaşmalar E və F qruplarında baş tutacaq.

F qrupunda Gürcüstan və Çexiya yığmaları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Hər iki komanda ilk oyunlarında məğlub olublar.

Qrupun digər görüşündə Türkiyə ilə Portuqaliya qarşılaşacaq. Matçın start fiti saat 20:00-da səslənəcək.

E qrupunda isə Belçika və Rumıniya milliləri münasibətlərini aydınlaşdıracaq. Görüş saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.