Azadsöz.az xəbər verir ki, Rusiya ordusu Donetskdə Toretsk istiqamətində Şumı qəsəbəsini nəzarətə götürüb.
Bu barədə Ukraynanın “Deep State” resursu xəbər verib.
Bildirilir ki, son günlərdə Toretsk ətrafındakı Severnoye qəsəbəsi rayonda olduqca qaynar nöqtəyə çevrilib.
Məlumatda Ukrayna ordusunun uğursuzluğunun dəqiq səbəbinin hələlik bilinmədiyi və Rusiya ordusunun dəmiryoluna paralel olan küçə boyunca irəlilədikləri bildirilib. Nəşrdə vurğulanıb ki, Rusiya qüvvələri Şumı ilə yanaşı, nasos stansiyasını və tullantı sahəsini tutub.
Ekspertlərin proqnozuna görə, Rusiya ordusu bu rayona əlavə ehtiyatlar cəlb edəcək, çünki onların məqsədi Toretski tutmaqdır.
Xatırladaq ki, Rusiya ordusu mayın əvvəlində də Donetskdə bir neçə yaşayış məntəqəsinə nəzarəti ələ keçirmişdi.