Azadsöz.az xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturuna dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərarla “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”na aşağıdakı məzmunda hissələr əlavə edilir:
– AZTV
– “Mədəniyyət” TV
– “İdman” TV
– Azərbaycan Radiosu
– Azərbaycan Beynəlxalq Radiosu.