27 İyul 2024 04:16

Göyçayda yol qəzası baş verib-FOTOLAR

Azadsöz.az xəbər verir ki, hadisə  bu gün günorta saatlarında  rayonun Ləkçıplaq kəndində   baş  verib.

Belə  ki,  Ləkçıplaq  kənd sakini, 1985-ci  il təvəllüdlü Cavadov Taleh  Aydın oğlunun idarə  etdiyi 23 BH 396 dövlət nömrə nişanlı,  “VAZ 2106” markalı minik maşını qarşı tərəfdən gələn rayon sakini,  1989-cu il təvəllüdlü  İsmayılov Rafael  Məmmədağa  oğlunun idarə  etdiyi  10 MS 749 dövlət nömrə nişanlı,   “VAZ 2107”  markalı maşınla toqquşub.

Hadisə zamanı avtomobillər zərər görsə də xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Səbuhi  Eltonlu