Məktəbin direktoru Fayaz Hüseynov məsələ ilə bağlı açıqlama verib. 

Onun sözlərinə görə, mühafizəçi Elşən Məmmədov polis orqanına dəvət olunaraq izahatı alınıb. O bildirib ki, şagird məktəbin idman zalının pəncərəsindən çıxdığına görə mübahisə yaranıb. Valideyninin iştirakı ilə izahatı alınan 9-cu sinif şagirdi də idman zalının qapısı bağlı olduğundan pəncərədən çıxdığını təsdiqləyib. Hazırda təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakının Səbail rayonunda yerləşən 189 nömrəli məktəbdə mühafizəçinin şagirdi döyməsini əks etdirən görüntülər yayılıb.