27 İyul 2024 06:46

Bütün sosial ödənişlər Qurban bayramı ərəfəsində tam ödəniləcək

Azadsöz.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qurban bayramı ilə əlaqədar iyun ayının bütün pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımları qrafikdən əvvəl olmaqla iyunun 14-də tam ödəniləcək.

Bu barədə Fonddan bildirilib.

Bundan əvvəl, iyunun 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları artıq ödənilib.