27 İyul 2024 05:06

Qubada vətəndaşdan 6 kq marixuana aşkarlandı-VİDEO

Azadsöz.az xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Murad Bağırov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, ondan 6 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Murad Bağırovun barəsində həbs qətimkan tədbiri seçilib.