Azadsöz.az xəbər verir ki, 8 iyun tarixində baş vermiş təbii fəlakət – güclü külək və yağış Göyçay rayonunda bir sıra fəsadlar törədib.
Güclü küləyə tab gətirməyən şam ağacları rayonun M.Ə.Rəsulzadə küçəsində yerləşən fərdi yaşayış evinin üzərinə aşıb.
Baş vermiş hadisənin aradan qaldırılması üçün Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi və texnikası cəlb olunub, ağaclar hissələrə doğranaraq ərazidən götürülüb.
Bildirək ki, güclü külək nəticəsində rayonun bir çox hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov