21 Sentyabr 2024 00:30

Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var

Azadsöz.az xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, “Jiqulu” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində rayonun 20 Yanvar küçəsinin sakinləri, 1998-ci il təvəllüdlü Fərid Elşən oğlu Məmmədli və 2003-cü il təvəllüdlü Ceyhun Seymur oğlu Ələkbərov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com