Azadsöz.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli vəzifədən azad edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.
Bildirilib ki, A.Əsgərli hazırda sərəncamdadır.
Qeyd edək ki, Araz Əsgərli bir müddət BŞDYPİ-nin mətbuat katibi vəzifəsini də icra edib.