Azadsöz.az xəbər verir ki, 5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə Göyçay Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Əliyev Lətif Mehdi oğlu “Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, bu gün ölkə başçısının sərəncamı ilə su təsərrüfatı və meliorasiya sahəsində çalışan bir qrup şəxs “Şöhrət” ordeni , 3-cü dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif olunub.