08 Sentyabr 2024 05:15

Göyçay ərazisində elektrik enerjisi təchizatında fasilə yaranacaq

Azadsöz.az xəbər verir ki,  iyun ayının 5-də “Azərişıq” ASC-nin məlumatına əsasən Göyçay rayonu ərazisində elektrik transformatorunda və xətlərində aparılacaq təmir işləri ilə əlaqədar saat 09:00-dan 17:00-dək şəhərin şimal hissəsindəki küçələrdə (Şəhriyar, Nizami, Ə.Səmədli, İ.Coşqun, Xətai, S.Xəlilov, Ə.Cavad, Bakı, M.Ə.Rəsulzadə küçələrinin bir hissəsi) və rayonun Kürdşaban, Yenikənd, Qarabaqqal, Hacalıkənd, Çayarxı, Bığır kəndlərində elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.