03 İyul 2024 15:05

Bakıda imtahandan keçə bilməyən şagird intihar etdi

Azadsöz.az xəbər verir ki, Bakının Günəşli qəsəbəsində imtahandan keçə bilmədiyinə görə intihar edən şagird vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  bildirilib ki, bu gün saat 11:11-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V Massivindən bir nəfərin intihara cəhd etməsi səbəbi ilə çağırış daxil olub.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

Təcili tibbi yardım hadisə yerinə çatdıqda təxminən 18 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.