Azadsöz.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə yeni rəis müavini təyin edilib.
“Qaynarinfo”nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elsəvər Quliyev xidmətin şəxsi heyət üzrə rəis müavini təyin edilib.
Uzun müddət Kəmaləddin Heydərovun mühafizəsinin təşkilində çalışan Elsəvər Quliyev bundan əvvəl Xüsusi Riskli Xilasetmə Xidmətində rəis müavini vəzifəsində çalışıb.