03 İyul 2024 14:42

İsmayıllıda bıçaqlanma baş verib

Azadsöz.az xəbər verir ki,  33 yaşlı İsmayıllı şəhər sakini İsrafil Mirzəlizadə rayon avtovağzalında aralarında yaranmış mübahisə zamanı 1968-ci il təvəllüdlü İslam Məmmədova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarətlə bağlı müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırma aparılır.