03 İyul 2024 14:51

Xaçmazda narkotiklə bağlı 2 nəfər saxlanıldı-VİDEO

Azadsöz.az xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı rayon sakinləri Əziz Mahmudov və Elxan Şahgəldiyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, onlardan heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Əziz Mahmudov və Elxan Şahgəldiyev barəsində həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.