“Azadsöz.az” türk KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə hərbçilərinə TikTok sosial şəbəkəsindən istifadə qadağan edilib.
Məlumata görə, TikTok-a qadağa parlamentin Milli Müdafiə Komissiyasının təsdiq etdiyi Türkiyə silahlı qüvvələrinin üzvləri ilə bağlı bir sıra qanunlara dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsində yer alıb.
Qeyd edilir ki, əsgərlər kazarma və əməliyyat bölgələrindən bəzi görüntüləri sosial mediada paylaşaraq təhlükəsizlik riskini gündəmə gətirib. İş yerlərində mobil telefondan istifadənin ciddi təhlükəsizlik problemləri yaratdığı diqqətə çatdırılıb.