20 Sentyabr 2024 14:01

Zaur Əliyev Göyçayda vətəndaşları qəbul edib-FOTO

Azadsöz.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasında Göyçay, Ağdaş və Ucar rayon sakinlərini qəbul edib.

Tədbirdən əvvəl Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ümummilli lider Heydər Əliyevin Göyçay şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun da iştirakı ilə keçirilən qəbulda müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub.

Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com