20 Sentyabr 2024 18:58

Göyçayda şəhid atası əməliyyat olundu-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, 44 günlük  Vətən müharibəsində  qanı  ilə  tarix  yazaraq,  şəhidlik zirvəsinə  ucalan   Orxan Kərimlinin  atası Akif  Kərimli  bu gün  Göyçay Rayon Mərkəzi Xəstəxanasında kistadan  əməliyyat olunub.

Həkim-ümumi cərrah Kamran Məmmədov tərəfindən icra olunan əməliyyat uğurla nəticələnib. Şəhid  atasının vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki,  Orxan Kərimli  2020-ci il sentyabrın 27-də  başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak  edib. Oktyabrın 9-da Murovdağ  döyüşləri zamanı şəhid olub. Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Orxan Kərimli ölümündən sonra  Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin  azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

 

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com