27 İyul 2024 12:21

Mehdi Hüseynzadə küçəsinə dekorativ güllər əkildi-FOTO

Azadsöz.az xəbər verir ki, 23 may 2024-cü il  tarixində Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsinin işçi  kollektivi tərəfindən   “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonun Mehdi Hüseynzadə küçəsində əkilməsi  nəzərdə  tutulan  yaşıllıq  ərazisinə  müxtəlif növ dekorativ güllərin əkilməsi  işlərinə başlanıb.

İlkin olaraq  əkilməsi  nəzərdə  tutulan ərazinin  torpaq  örtüyü  hamarlanıb, çalalar qazılıb və digər zəruri hazırlıq işləri  görülüb.

Daha sonra  əkilməsi  həyata  keçirilib. Yeni əkilən güllər  suvarılıb və aqrotexniki qulluq göstərilib.

Qeyd  edək ki, sözügedən yaşıllıq  ərazisinə 12 ədəd  kələm  gülü, 27  ədəd dekorativ  gül, 30  ədəd isə kalendra  gülü  əkilib.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

Arif  Heydərov