Azadsöz.az xəbər verir ki, Göyçay Şəhidlər Xiyabanında növbəti təmizlik və səliqə-sahman işləri görülüb.
Belə ki, Şəhidlər Xiyabanının çölü və daxili süpürülərək təmizlənib.Məzarların, ziyarətgah məşəlinin üstü və mərmər döşəmələr yuyulub.Yaşıllıq sahəsinin ot örtüyü biçilərək səliqəyə salınıb.Yeni əkilən güllər suvarılıb və aqrotexniki qulluq göstərilib.Görülən işlər çərçivəsində Azərbaycanın və Türkiyənin dövlət bayraqları yenisi ilə əvəz olunub.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra kimliyi müəyyən edilən şəhid Soltanov Səbuhi Sabir oğlunun qalıqları 24 may 2024-cü il tarixində saat 12:00-da Göyçay Şəhidlər Xiyabanında dəfn olunacaq.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov