19 İyun 2024 01:28

COP29 Azərbaycan tarixində ən mühüm hadisələrdən biri olacaq – Belçika səfiri

Azadsöz.az xəbər verir ki,  COP29 Azərbaycan tarixində ən mühüm hadisələrdən biri olacaq.

Bu barədə Belçikanın Azərbaycandakı səfiri Mişel Pitersman ADA Universitetində keçirilən “İqlim dəyişmələri ilə mübarizənin imkanları və çağırışları. Avropa və regional perspektivlər” mövzusunda beynəlxalq seminarda deyib.

“COP29 Azərbaycanın müstəqillik dövrü ərzində baş verən ən mühüm beynəlxalq hadisələrdən biridir”, – deyə o bildirib.

Səfir qeyd edib ki, iqlim dəyişmələri ilə mübarizə üçün həm qlobal, həm də yerli səviyyələrdə qərarlar qəbul etmək lazımdır. Onun sözlərinə görə, iqlim dəyişmələrinin nəticələrinin yumşaldılması bütün əsas iştirakçıların qətiyyətli və əlaqələndirilmiş səylərini tələb edir.

O əlavə edib ki, COP29-un əsas mövzusu maliyyələşdirmə olacaq.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.