18 Oktyabr 2024 09:39

Bədii üzgüçülük üzrə Azərbaycan komandası beynəlxalq turnirdə 31 medal qazandı

Azadsöz.az xəbər verir ki, bədii üzgüçülük üzrə Azərbaycan komandası beynəlxalq turnirdə 31 medal qazanıb.

Bədii üzgüçülük üzrə Azərbaycan komandası Birləşmiş Ərəb Əmirliyinin Abu Dabi şəhərində keçirilən beynəlxalq turnirdən 31 medalla vətənə dönüblər. Azərbaycan Üzgüçülükü Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə 8 ölkədən 15 klubun, 200 dən çox idmançının qatıldığı turnirdə idmançılarımız ümumilikdə 18 qızıl, 12 gümüş, 1 bürünc medal qazanıblar. Birləşmiş Ərəb Əmirliyi, Rusiya, Cənubi Afrika Respublikası, Tayvan, Sinqapur, Tunis və Türkiyənin bədii üzgüçülərinin də mübarizə apardığı beynəlxalq yarışda idmanşılarımız ən yüksək nəticələrini göstəriblər.

grandpashabet alefbahis istanbul travesti