Azadsöz.az xəbər verir ki, Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar iki marşrut avtobusunun hərəkəti dəyişdirilib, bəzi küçələrdə parklanma yerləri ləğv edilib.
Körpünün sökülməsi ilə əlaqədar nəqliyyat vasitələrinin alternativ keçələrlə mərkəz istiqamətində rahat və maneəsiz hərəkətini təmin etmək üçün “28 May”, Nizami, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Sabit Orucov, Yeryomenko və Firuz Qəmbərov küçələrində mövcud olan bəzi parklanma yerləri müvəqqəti ləğv olunur.