08 Sentyabr 2024 04:36

Sabir bağına dekorativ güllər əkildi-FOTO

Azadsöz.az xəbər verir ki, 20 may 2024-cü il  tarixində Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsinin işçi  kollektivi tərəfindən   “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonun N.Nərimanov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşən M.Ə. Sabir  bağına müxtəlif növ dekorativ güllərin əkilməsi  işlərinə başlanıb.

Əkilməsi  nəzərdə  tutulan ərazinin  torpaq  örtüyü  hamarlanıb, çalalar qazılıb və digər zəruri hazırlıq işləri  görülüb.

Daha sonra  əkilməsi  həyata  keçirilib. Yeni əkilən güllər  suvarılıb və aqrotexniki qulluq göstərilib.

Qeyd  edək ki, Sabir bağına  140  ədəd  kələm və kalendra dekorativ gülü  əkilib.

Xatırladaq ki,  rayonda nəzərdə  tutulmuş  yerlərə  dekorativ güllərin  əkilməsi qrafikə  uyğun olaraq  davam etdiriləcək.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

Arif  Heydərov