30 Sentyabr 2024 19:39

Sabirabad sakini Şirvanda külli miqdarda heroinlə tutuldu

Azadsöz.az xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ağaqulu Tağıyev saxlanılıb.

Onun üzərindən 2 kiloqramdan artıq heroin aşkar edilib.

Araşdırmalar zamanı A.Tağıyevin narkotik vasitəni sosial şəbəkələr vasitəsilə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan iranlı narkotacirdən aldığı müəyyən edilib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

grandpashabet alefbahis istanbul travesti