30 Sentyabr 2024 19:31

İmişlidə ev və ərzaq mağazası yandı

Azadsöz.az xəbər verir ki, rayonunun Hacırüstəmli kəndində ərzaq  mağazasında və  5 otaqlı  evdə yanğın hadisəsi baş  verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin İmişli Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilir ki, ümumi sahəsi 60 m² olan ərzaq mağazasının yanar konstruksiyaları, yaxınlıqda yerləşən, ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı və dam örtüyü 20 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

grandpashabet alefbahis istanbul travesti