Azadsöz.az xəbər verir ki, 17 yaşdan da aşağı yaş qrupunda olan qızlar ailə qurmaq məqsədilə kimlərə qoşulub gedirsə, bu xoşagələn hal deyil.
Bunu Beynəlxalq Ailə Günü ərəfəsində keçirilən ənənəvi “Ailə Festivalı”nda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalsitlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu istiqamətdə valideynlərin yanaşması, onların maarifləndirilməsi ilə yanaşı, gənclərin özlərinin də proqressiv düşüncəli olması vacibdir.
“Sadaladığımız yaş, yəni 16 yaş gənclərin təhsil alma, oxuma öyrənmə, savad, bilik alma və gələcək üçün özünü cəmiyyətə hazırlama yaşıdır. Bu yaş nikah üçün çox erkəndir. Belə qurulan ailələr sonralar həm sosial, həm də psixoloji gərginlik yaradır. Biz bunun gənclərdə həm psixoloji, həm də fiziki zədə kimi müşahidə etmişik. Xüsusilə də ailələrdə bu məsələyə yanaşma qanun çərçivəsində olmalıdır. Uşaqların 18 yaşına qədər təhsilə yönləndirilməsinə diqqət yetirilməlidir. 18 yaşdan sonra isə oxumaq və ya ailə qurmaq istəyi gəncin öz qərarıdır”, – lomotə sədri əlavə edib.