Azadsöz.az xəbər verir ki, Nikah yaşı ilə bağlı artıq Komitə tərəfindən təklif irəli sürülüb. Biz bu təklifi elə belə verməmişik.
Bunu Beynəlxalq Ailə Günü ərəfəsində keçirilən ənənəvi “Ailə Festivalı”nda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalsitlərə açıqlamasında deyib.
O bildirib ki, bu təklif müxtəlif araşdırma, tədqiqat və sorğuların nəticəsində formalaşıb.
“Bu gün real vəziyyəti nəzərə alaraq təklif vermişdik ki, nikah yaşında heç bir istisna olmasın və nikah yaşı vahid olaraq 18 yaş qəbul edilsin. Hər hansı istisna səbəb olmadan bu yaş həddi həm oğlan, həm də qızlara şamil edilsin. Çünki hər hansı istisna buna bənzər hadisələrin daha geniş yayılmasına vüsət yaradır. Buna görə də biz nikah yaşının bir yaş aşağı 17 yaş olmasının aradan qaldırılmasını təklif etmişik. Cəmiyyət artıq bunu müzakirə edir. Düşünürəm ki, bu müəyyən zaman çərçivəsində artıq qanun layihəsində də öz əksini tapacaq, Ailə Məcəlləsinə bununla bağlı dəyişiklik ediləcək”, – o əlavə edib.