Azadsöz.az xəbər verir ki, sabah Saatlı rayonunun 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.
“Qaz İxrac” İdarəsinə məxsus “Qaracalar QPS qolu” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar olaraq, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək, ümumilikdə 1189 abonenti olan Saatlı rayonunun Qaracalar, Varxankənd, Qaralar, Gomuşçu və Seyidlər kəndlərində qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.