21 May 2024 00:25

Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu

Azadsöz.az xəbər verir ki, Bakının Nəsimi rayonu, Rəşid Behdudov küçəsində bir neçə avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qəza zamanı bir neçə avtomobilə və piyada səkisinə zərər dəyib.

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, hadisə zamanı bir nəfər xəsarət alıb:

“Bu gecə saat 00:54-də paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində doqquz nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin sürət yarışına çıxması göstərilir.  Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”.