16 Sentyabr 2024 23:45

Şəmkirdə yol qəzası baş verib: Ölən Var

Azadsöz.az xəbər verir ki,  Şəmkir rayonu Kür qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan BMW markalı minik maşını yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı sərnişin, rayonun Mahmudlu kənd sakini – 1985-ci il təvəllüdlü Aslan Kirov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.