20 Sentyabr 2024 01:37

Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar

Azadsöz.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı rayon sakini olan iki nəfər yaşadıqları kəndin ərazisindəki örüş sahəsindən iki baş inəyin oğurlanması barədə polisə məlumat veriblər.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Baloğlanlı və tanışı Ş.Əliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar aparılır.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com