Azadsöz.az xəbər verir ki, Azərbaycanın hər yerində olduğu kimi, işğaldan azad olmuş ərazilərdən ilk dəfə Şuşada elektrik avtobuslar istifadəyə veriləcək.
Bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O bildirib ki, bu avtobuslar Gəncədə belaruslu həmkarlarımızla birgə işbirliyi ilə istehsal olunur: “Biz artıq 4 belə avtobus əldə etmişik, onlar landşaft testindən keçirilib”.