Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azadsöz.az xəbər verir ki, nazirin imzaladığı əmrə əsasən, 25 aprel 2024-cü il tarixində Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Göyçay rayonundan olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Aqrar Sığorta Fondunun səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin (1652) və Aqrar Sığorta Fondunun (1651) “Çağrı Mərkəzləri”nə, eyni zamanda Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-381-73-38) müraciət edə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Səbuhi Eltonlu