Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib.
Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşıladılar.
***
08:36
Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikanın Prezidenti İlham Əliyev bu gün Moskvaya yollanacaq.
Dövlət başçısı həmkarı Putinlə Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı ilə bağlı əsas məsələləri nəzərdən keçirəcək və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq.