27 İyul 2024 08:12

İmişlidə ot bağlaması yanıb

Azadsöz.az xəbər verir ki, İmişli rayonunun Məmmədli kəndində ümumi sahəsi 75 m² olan talvarın yanar konstruksiyaları 25 m² sahədə və altına yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.