27 İyul 2024 08:31

Tovuzda ot bağlaması yanıb

Azadsöz.az xəbər verir ki, Tovuz rayonunun Yanıqlı kəndində ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları 30 m² sahədə və altına yığılan 4 ton ot bağlamasının 3 tonu yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.