Azadsöz.az xəbər verir ki, 18 aprel saat 09:00-dan 14:00-dək təsdiqlənmiş plana və təlimata uyğun olaraq rayonun Heydər Əliyev prospekti, Əli Səmədli, Atatürk, Mehman Muradov, Ş.İ.Xətai, Əhməd Cavad, Nigar Rəfibəyli, M.H.Şəhriyar, M.P.Vidadi, İsgəndər Coşqun, Rauf İsayev, Səyyaf Xəlilov, Zakir Nəcəfov və H.B.Zərdabi küçələrində içməli su ilə təminatda fasilə yaranacaq.
Qeyd edək ki, fasilə rayonun Şəhriyar küçəsində yerləşən su anbarında yuyulma, həmçinin dezinfeksiya işlərinin aparılması ilə əlaqədardır.