Azadsöz.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi 17 aprel saat 11:00-dan 12:00-dək Göyçay rayonunda “Açıq mikrofon” aksiyası keçirəcək.
Aksiya rayonun Əli Kərimi adına Parkın qarşısında baş tutacaq.
Bildirilir ki, həm sakinlər, həm də sahibkarlar qeyd olunan ünvana yaxınlaşaraq qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.