18 Oktyabr 2024 06:47

Tarix yazan millimiz: 3 rəqib bəllidir

Azadsöz.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın qadın basketbolçulardan ibarət 3×3 yığmasının dördilliyin ən mötəbər multiidman yarışındakı üç rəqibi bəllidir.

İdman.biz-ə istinadən xəbər verir ki, Tiffani Hayes, Aleksandra Mollenhauer, Dina Ulyanova və Mersedes Uolkerdən ibarət yığmamız Olimpiadaya lisenziya qazanan 4-cü komanda olub.

Yalnız üç komanda öncədən bu hüquqa yiyələnib. Fransa meydan sahibi kimi birbaşa vəsiqə qazanıb.

İki komanda isə FİBA reytinqinə görə bu hüquqa sahib çıxıb. Bunlar ABŞ və Çin milliləridir.

Parisdə cəmi 8 yığma mübarizə aparacaq. Son 4 yerin sahibləri qarşıdakı iki təsnifat turnirində bilinəcək. Yaponiyada bir, Macarıstanda üç komanda Fransaya bilet qazanacaq.

Basketbolun 3×3 növü tarixdə 2-ci dəfə Olimpiada proqramına daxil edilib. Tokio-2020-yə qatıla bilməyən Azərbaycan millisi ikinci cəhddən istəyinə çatıb.

Yaponiyada ABŞ millisi çempion olub. Rusiya Olimpiya Komitəsi 2-ci, Çin 3-cü yeri tutub. Fransa isə 4-cü yerlə kifayətlənib. Yaponiya, İtaliya, Rumıniya və Monqolustan da iştirakçı ölkələr sırasında olub. Həmin vaxt 8 komanda dairəvi sistemlə 7 tur oynayıb. 1-2-ci yerlər yarımfinala, 3-6-cı yerlər pley-offa yüksəlib.

Qeyd edək ki, basketbolçularımız həm də Azərbaycan idmanı tarixinə komanda növlərində Olimpiadaya vəsiqə qazanan ilk yığmamız kimi düşüb.

grandpashabet alefbahis istanbul travesti