Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Ləkçıplaq kən sakini , I Qarabağ müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan İsmayıl İsmayılovun atası İsmayılov Arif Məhəmməd oğlu bu gün vəfat edib.
Qeyd edək ki, şəhidimizin atası Arif İsmayılov sabah 14:00-da dəfn olunacaq.
Xatırladaq ki, İsmayıl Arif oğlu İsmayılov 1969-cu ildə Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olub.Kənd orta məktəbini bitirərək, Göyçay şəhər 106 saylı Texniki Peşə Məktəbində (İndiki Göyçay Peşə Liseyi) sürücülük peşəsinə yiyələnib.
İlk hərbi xidmətini 1987 ildə Gürcüstanın Duşeti şəhərində keçib, sonra bir müddət əmək fəaliyyəti ilə məşğul olub. 1993 ilin fevralında İ.İsmayılov Milli Orduya çağırılıb. Ağdərə ətrafında Sərsəng su anbarı və Mehmanədə gedən ağır döyüşlərdə yaralanaraq evə buraxılıb.
Kənd xəstəxanasında müalicə olunduqdan sonra, 1994 ilin yanvarında təkrar cəbhəyə yola düşüb. Kəlbəcər ətrafında gedən döyüşlərdə təqribən 60-dan çox erməni məhv edən İ.İsmayılov Qanlıkənd uğrunda döyüşlərdə şəhid olub. Yanvarın 29-da doğulduğu kənddə torpağa tapşırılıb.
Xatırladaq ki, Arif İsmayılovun babası 1918, atası 1942, oğlu 1994-cü ildə şəhid olub.
Səbuhi Eltonlu