08 Sentyabr 2024 03:52

Tərtərdə tövlə yandı

Azadsöz.az xəbər verir ki, Tərtər rayonunun Əskipara kəndində ümumi sahəsi 135 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və yaxınlığında yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb.

Tövlənin və ot bağlamalarının qalan hissəsi və tövlənin içərisində yığılan 1 ton taxıl yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.