13 İyun 2024 23:22

Çempionlar Liqası finalı üçün biletlərin qiyməti məlum OLDU

Azadsöz.az xəbər verir ki, 2023/2024 Çempionlar Liqasının finalına biletlərin qiyməti Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytında dərc olunub.

Ən ucuz biletlərin qiyməti 60 funt-sterlinqə olacaq. Bu biletlər iki finalçı komandadan birinin azarkeşləri üçün nəzərdə tutulub.

Digər azarkeşlər isə mövcud 86 min yerdən 60 minini tuta biləcəklər. Finala çıxan komandaların azarkeşlərinə 25 min yer ayrılacaq. Digər azarkeşlər üçün biletlər üç kateqoriyaya bölünəcək: III Kateqoriya minimum 160 funt-sterlinqə, II kateqoriya 430 funt sterlinqə, I kateqoriya biletlər isə 610 funt-sterlinqə satılacaq

Qeyd edək ki, Çempionlar Liqasının finalı 2024-cü il iyunun 1-də Londondakı (İngiltərə) Uembli stadionunda keçiriləcək.