19 May 2024 15:04

Bakıda polis əməkdaşı bədbəxt hadisə nəticəsində həyatını itirdi

Azadsöz.az xəbər verir ki, aprelin 8-də Bakıda polis nəfəri silahla ehtiyatsız davranması nəticəsində həyatını itirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə tabel silahını təmizləyərkən baş verib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, 1988-ci il təvəllüdlü polis nəfəri Ruslan Kazımovu xilas etmək mümkün olmayıb.